Avropa Konfrans Liqasında 1/4 final bu gün start götürəcək
Bu gün UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları baş tutacaq.
Mediasport.az xəbər verir ki, Türkiyə klubu "Fənərbağça" Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşacaq.
"Aston Villa" “Lill” ilə üz-üzə gələcək. "Viktoriya" (Plzen) "Fiorentina"nı, PAOK isə "Brügge"ni sınağa çəkəcək.
Avropa Konfrans Liqası. 1/4 final
11 aprel
20:45 "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça” (Türkiyə)
20:45 "Viktoriya" (Plzen, Çexiya) - "Fiorentina” (İtaliya)
23:00 "Brügge" (Belçika) - PAOK (Yunanıstan)
23:00 "Aston Villa (İngiltərə) - "Lill" (Fransa)