Ən çox uğur qazandığı komanda Kriştianu Ronaldunu təbrik etməyib

Ən çox uğur qazandığı komanda Kriştianu Ronaldunu təbrik etməyib

Dünya futbolunun əfsanəsi Kriştianu Ronaldu dünən 39 yaşını qeyd edib.

Hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kollektivi superulduzu məşqdə tortla təbrik edib.

Şad gününü bölüşənlərlə yanaşı, Portuqaliya yığmasının liderini təbrik etməyənlər də var.

Maraqlıdır ki, 2009-2018-ci illərdə heyətində 292 dəfə meydana çıxdığı və 311 qol vurduğu Madrid "Real"ının sosial şəbəkə hesablarında Ronaldunun ad günü ilə bağlı təbrik paylaşımı edilməyib.

“Sportinq”, “Mançester Yunayted” və “Yuventus” klubları sosial şəbəkələrdə təbriklər paylaşıblar.

Qeyd edək ki, forvard İspaniya nəhəngi ilə 2 dəfə La Liqanın, 2 dəfə Kral Kubokun, 2 dəfə ölkə Superkubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Mediasport.az