Komanda rəhbərləri və hakimlər kollegiyasının iclası keçirildi
Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.
Mediasport.az xəbər verir ki, verilən məlumata görə, tədbirdə yarışın qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə bu gün start veriləcək.
Yarış ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.