Qurban Qurbanov mükafatlandırıldı

Qurban Qurbanov mükafatlandırıldı

2022-ci il fevralın 24-də futbol üzrə UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin Bakıda keçirilmiş "Qarabağ" - "Marsel" oyununda ədalətli jesti ilə yadda qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) tərəfindən mükafatlandırılıb.

mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yüksək mükafata –“Jan Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.

Ağdam təmsilçisinin çalışdırıcısı 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif ediləcək. Eyni zamanda CIFP-in prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) vasitəsilə baş məşqçiyə məktub göndərib. Qurbanov mükafatların təqdimetmə mərasiminə dəvət olunub.

Qeyd edək ki, məşqçiyə ötən il mütəxəssisə CIFP tərəfindən Pyer De Kuberten mükafatı da verilib.