Milli Mətbuat Günüdür

Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.

Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür.

Əsası 1875-ci ildə qoyulmuş tarix "Əkinçi” qəzeti ilə yol alıb.

Qəzetin naşiri, redaktoru, korrektoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən, təbiətşünas-alim Həsən bəy Zərdabi olub.

"Əkinçi" qəzetinin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər görkəmli ziyalılar əvəzsiz xidmət göstəriblər.

1877-ci ilin sentyabrınadək çap edilmiş “Əkinçi” qəzeti 56 sayda işıq üzü görsə də, Azərbaycanda milli mətbuatın təməli olub.

Həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, çətin, şərəfli yolda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Mediasport.az