Ronaldo rekordlar kitabına düşdü - Yarım ilə gəliri 136 milyon dollar olub!

Ronaldo rekordlar kitabına düşdü - Yarım ilə gəliri 136 milyon dollar olub!

Portuqaliya yığması və "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo 2023-cü ildə ən çox gəlir əldə edən idmançı kimi “Ginnesin rekordlar kitabı”na düşüb.

MediaSport.az xəbər verir ki, 37 yaşlı futbolçu 2017-ci ildən bəri ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünyanın ən çox qazanan idmançıları siyahısında liderliyi ələ alıb.

Ronaldonun il ərzində gəliri 136 milyon dollar olub. Bunun 46 milyonu futboldan, 90 milyonu isə reklam müqavilələrindən əldə edilib.

Siyahıda ikinci yeri illik gəliri 130 milyon dollar olan dünya çempionu Lionel Messi tutub.