Fatih Terim Azərbaycana gəlir
Daha bir tanınmış futbol adamı Azərbaycana səfər edəcək.
Mediasport.az xəbər verir ki, türkiyəli mütəxəssis Fatih Terim Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.
O, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.