FİDE-nin "10-luğ"unda Azərbaycandan yalnız bir şahmatçı var

FİDE-nin "10-luğ"unda Azərbaycandan yalnız bir şahmatçı var

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

mediasport.az istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycandan yalnız bir şahmatçı yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 1 pillə geriləyərək 2738 xalla 16-cı yerə enib.

4 pillə irəliləyən Qədir Hüseynov (2661) 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) 2 pilləlik yüksəlişlə 100-cü sıradan 98-ci pilləyə qalxıb.

Siyahıya əvvəlki kimi norveçli Dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Din Liren (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-ci, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərar tutub. Xanım Balacayeva isə ilk "100-lüy"ü tərk edib.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu hindistanlı Xampi Koneru (2676) və FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2565) izləyirlər.