Azərbaycan şahmat üzrə İddiaçılar Turnirində təmsil olunacaq
Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək.
Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.
Norveçli dünya çempionu Maqnus Karlsen yarışa qatılmayacağı üçün onun əvəzinə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasova birbaşa vəsiqə verilib.
Qeyd edək ki, İddiaçılar Turniri bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq.