"Qalib olacağıma inanmırdım, ən güclü şahmatçılar mübarizə aparırdı"
Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov turnir barədə fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, Dünya çempionu Vüqar Həşimovun şahmat tarixində həmişə xatırlanacağını deyib.
O bildirib ki, Vüqarın qazandığı uğurlar belə düşünməyə əsas verir: "Bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar. Yarışa gəlincə, qalib olacağıma inanmırdım. Burada ən güclü şahmatçılar mübarizə aparırdı. Mükafatçılar sırasında yer almağı çox arzulayırdım. Sevinirəm ki, bunu bacardım".
Azərbaycana ilk dəfə səfər etdiyini deyən qrossmeyster Bakı ilə tanış olmadığını, ancaq yarışa kökləndiyini vurğulayıb: "Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu".