Nicat Abasov çox vacib cavab duelinə çıxır - Dünya Kuboku
Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda bu gün növbəti duellər oynanılacaq.
mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov 3-cü yer uğrunda qarşılaşmada Fabiano Karuana ilə cavab görüşünə çıxacaq.
Şahmatçımızın ABŞ təmsilçisi ilə oyunu saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Abasov ilk qarşılaşmada rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Şahmatçımıza 3-cü yeri tutmaq üçün bu gün heç-heçə də kifayət edəcək.