Misirə uduzmayan Andradenin komandası pley-offa lider çıxıb
Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Nigeriya Qvineya-Bissaunu (1:0), Ekvatorial Qvineya Fil Dişi Sahilini (4:0) məğlub edib.
Mozambiq - Qana (2:2) və Kapo Verde - Misir (2:2) matçlarında məhsuldar heç-heçə qeydə alınıb.
Bununla da A qrupundan Ekvatorial Qvineya və Nigeriya, B qrupundan "Qarabağ"ın futbolçusu Patrik Andradenin də çıxış etdiyi Kapo Verde və Misir növbəti mərhələyə vəsiqə qazanıb.
Ağdam klubunun futbolçusunun milli komandası qrupu 7 xalla lider başa vurub. Patrik Misirlə matçın ikinci hissəsində meydanda olub.
Qvineya-Bissau, Qana, Mozambiq və yarışa ev sahibliyi edən Fil Dişi Sahili turnirlə vidalaşıb.
Bu gün C və D qruplarında ümumilikdə 4 oyun baş tutacaq.
Afrika Millətlər Kuboku
C qrupu
21:00 Qvineya - Seneqal
21:00 Qambiya - Kamerun
Xal durumu: Seneqal - 6, Qvineya - 4, Kamerun - 1, Qambiya - 0
D qrupu
00:00 Anqola - Burkina Faso
00:00 Mavritaniya - Əlcəzair
Xal durumu: Anqola - 4, Burkina Faso - 4, Əlcəzair - 2, Mavritaniya - 0