AÇ-2024-də seçmə mərhələnin ən yaxşı qolu müəyyənləşib - VİDEO
Futbol üzrə AVRO-2024-ün seçmə qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudovun vurduğu qolun da ən yaxşı adını qazanmaq uğrunda namizəd olduğu seçimlərdə Qazaxıstan yığmasının futbolçusu Asxat Taqıberqen qalib olub.
33 yaşlı qazax yarımmüdafiəçinin 2-ci turda Danimarka ilə ev matçında vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib. O, 86-cı dəqiqədə fərqlənərək hesabı bərabərləşdirmiş, az sonra qazaxlar qələbə topunu da vurmuşdular - 3:2.
Bakıda İsveç millisinin qapısına uzaq məsafədən gözəl qol vuran Emin Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossar, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də namidəzlər sırasında yer almışdı.
Qeyd edək ki, Mahmudovun qolu 9-cu turun ən yaxşı qolu seçilmişdi.