Səlcuq İnan mövsümün sonuna qədər Superliqa klubunu çalışdıracaq
Türkiyə yığması və "Qalatasaray"ın keçmiş yarımmüdafiəçisi Səlcuq İnanın baş məşqçi kimi ilk iş yeri müəyyənləşib.
mediasport.az xəbər verir ki, 37 yaşlı gənc mütəxəssis “Kasımpaşa”nı çalışdıracaq.
Tərəflər arasında mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə bağlanıb. Səlcuq bir müddət öncə istefaya göndərilmiş Şenol Canı əvəz edib.
Superliqa klubu 15 xalla 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.