Nurlan qol vursa da...

Nurlan qol vursa da...

Futbol üzrə Litva çempionatında 10-cu turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun heyətində çıxış etdiyi “Yonava” səfərdə “Baltiyos”un qonağı olub.

3 qolun vurulduğu matçda son nöqtəni həmyerlimiz qoysa da, komandası uduzub - 1:2. 30 yaşlı forvard meydana 90-cı dəqiqədə daxil olub və 4 dəqiqə sonra fərqlənib. Bu, Nurlanın Litva klubunda ilk qolduru. O, Baltikyanə ölkədə yanvar ayından çıxış edir.

“Yonava” 10 turdan sonra 4 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.