Sumqayıtda şotlandlar sevindi, Ozan Canın komandası uduzdu

Sumqayıtda şotlandlar sevindi, Ozan Canın komandası uduzdu

UEFA Avropa Konfrans Liqasında əsas mərhələnin oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 16 görüş baş tutub və matçlardan biri Azərbaycanda oynanılıb.

Belarusun "Dinamo" (Minsk) kollektivi Şotlandiyanın "Harts" klubunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.

Yığma komandamızın üzvü Ozan Can Kökçülü "Helsinki" səfərdə "Luqano"ya məğlub olub.

Millimizin cinah oyunçusu matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.

UEFA Avropa Konfrans Liqası. Əsas mərhələ 1-ci tur

3 oktyabr

"Mölde" (Norveç) - "Larne" (Şimali İrlandiya) 3:0

"Legiya" (Polşa) - "Betis" (İspaniya) 1:0

"Haydenhaym" (Almaniya) - "Olimpiya" (Sloveniya) 2:1

"Omoniya" (Kipr) - "Víkinqur" (İslandiya) 4:0

"Astana" (Qazaxıstan) - "Baçka Topola" (Serbiya) 1:0

"Serkl Brügge" (Belçika) - "Sankt-Qallen" (İsveçrə) 6:2

"Dinamo" (Minsk, Belarus) - "Harts" (Şotlandiya) 1:2

"Noa" (Ermənistan) - "Mlada Boleslav" (Çexiya) 2:0

"Çelsi" (İngiltərə) - "Gent" (Belçika) 4:2

"Kopenhagen" (Danimarka) - "Yagelloniya" (Polşa) 1:2

"Fiorentina" (İtaliya) - TNS (Uels) 2:0

LASK (Avstriya) - "Yurqorden" (İsveç) 2:2

"Şemrok Rovers" (İrlandiya) - APOEL (Kipr) 1:1

"Luqano" (İsveçrə) - "Helsinki" (Finlandiya) 3:0

"Petrokub" (Moldova) - "Pafos" (Kipr) 1:4

"Borats" (Bosniya və Herseqovina) - "Panatinaikos" (Yunanıstan) 1:1