Fiqurlu könkisürənimiz Riqada beynəlxaq turnirdə yarışacaq

Fiqurlu könkisürənimiz Riqada beynəlxaq turnirdə yarışacaq

Latviyada fiqurlu konkisürmə üzrə yeniyetmələrin Qran-pri yarışı çərçivəsində "Riqa Cup" turniri keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması Baltikyanı ölkədə bir idmançı ilə təmsil olunacaq.

Leyli Axundova Riqada mübarizə aparacaq 37 idmançıdan biri olacaq.

Turnir avqustun 28-31-də keçiriləcək.