Olimpiada üçün 50 min könüllü

Olimpiada üçün 50 min könüllü

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq.

mediasport.az xəbər verir ki, Təşkilat Komitəsi (Cojo) Olimpiya və Paralimpiya Oyunları üçün 45 min könüllünü işə cəlb edəcək.

Əlavə olaraq, paytatx Paris üçün 5 min könüllü axtarılır. Könüllülərin Olimpiya və Paralimpiya Oyunlarının səfirləri, ilk simaları, gömrük, hava limanı və müxtəlif yarış meydanlarında olacağı qeyd edilib.

Dördilliyin ən möhtəşəm yarışlarından sayılan olimpiada 2024-cü il iyulun 26-da başlanacaq, avqustun 11-də başa çatacaq.