Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb - SİYAHI

 Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb - SİYAHI

Məşhur “Give me Sport” nəşri futbol tarixinin ən uğursuz transferlərindən ibarət siyahı dərc edib.

Mediasport.az xəbər verir ki, "11-lik"də ilk yeri Filippe Koutinyo tutur.


Futbol tarixinin ən uğursuz 11 transferi

Filippe Koutinyo: “Liverpul”dan “Barselona”ya (2019-cu il – 121,5 milyon funt sterlinq)

Antuan Qrizmann: “Atletiko”dan “Barselona”ya (2019-cu il - 108 milyon)

Eden Azar: “Çelsi”dən “Real”a (2019-cu il - 103 milyon)

Romelu Lukaku: “İnter”dən “Çelsi”yə (2021-ci il – 97,5 milyon)

Aleksis Sançes: “Arsenal”dan “Mançester Yunayted”ə (2018-ci il - Henrix Mxitaryanla dəyişdirilib)

Andrey Şevçenko: “Milan”dan “Çelsi”yə (2006-cı il – 39,5 milyon)

Conatan Vudgeyt: “Lids”dən “Real”a (2004-cü il - 16 milyon)

Anxel Di Mariya: “Real”dan “Mançester Yunayted”ə (2014-cü il - 60 milyon)

Endi Kerroll: “Nyukasl”dan “Liverpul”a (2011-ci il - 35 milyon)

Fernando Torres: “Liverpul”dan “Çelsi”yə (2011-ci il - 50 milyon)

Mario Balotelli: “Milan”dan “Liverpul”a (2014-cü il - 16 milyon)