20 illik həsrətə son qoyub Çempionlar Liqasına vəsiqə əldə etdilər
Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.
mediasport.az xəbər verir ki, tur medallar uğrunda mübarizə aparan "Nyukasl" üçün əlamətdar olub.
Doğma "Sent-Ceyms Park"da autsayder "Lester"lə qarşılaşan "sağsağanlar" 20 illik fasilədən sonra yenidən Çempionlar Liqasında mübarizə aparmaq imkanı əldə ediblər.
Evdə "tülkülər"lə 0:0 hesablı heç-heçədən sonra xal ehtiyatını 70-ə çatdıran nyukasllılar "Liverpul" üçün əlçatmaz olublar. Onları ən pis halda "Mançester Yunayted" keçə bilər ki, bu da komandanın ÇL-də iştirakına əngəl yaratmır.
"Nyukasl" qitənin bir nömrəli klub yarışında son dəfə 2003/2004-cü illər mövsümündə iştirak edib və qruplara vəsiqə qazana bilməyib.