Stolüstü tennis üzrə Azərbaycan millisi Riqada 9 medal qazandı

  Stolüstü tennis üzrə Azərbaycan millisi Riqada 9 medal qazandı

Latviyada keçirilən "Riga City Council’s Youth Cup" beynəlxalq turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, yarışın son günlərində yığma komandamız daha 7 medal yazılıb.

Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli üçuncü yeri tutub.

U-19 yaş dərəcəsində keçirilən yarışlara qatılan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli 3-cü olub. 

Yarışın ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli U-13 yaş dərəcəsində baş mükafata layiq görülmüşdü.

Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc mükafatla başa vurublar.