DÇ-2022: Millidə növbəti ŞOK! O da mundialda oynaya bilməyəcək
Dünya çempionatı ərəfəsi Fransa millisində "zədə epidemiyası" davam edir.
mediasport.az xəbər verir ki, "xoruzlar" Qətər mundialında yığmanın daha bir aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcəklər.
Presnel Kimpembe, Pol Poqba və Nqole Kantenin ardından Kristofer Nkunku da DÇ-2022-ni buraxmalı olacaq. "Leypsiq"in futbolçusu millinin məşqində Eduardo kamavinqa ilə toqquşma nəticəsində ağır zədə alıb.
Dördilliyin zirvə yarışında 25 yaşlı hücumçunu "Ayntraxt"dan Randal Kolo Muani əvəzləyəcək.
Didye Deşamın komandası Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.