Futbolun canlı əfsanəsi Kristiano Ronaldo daha bir rekorda imza atdı
Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo daha bir rekorda imza atıb.
Mediasport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı forvard Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasında (İFFHS) klub karyerasında daxili yarışlarda ən azı 800 matç keçirən futbolçular sırasına düşüb.
Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən superulduz 800-cü oyununu ölkə Superkubokunun "Əl-Tavun"la qarşılaşmasında keçirib.
Klub karyerasında daxili yarışlarda ən çox matçda meydana çıxan futbolçu braziliyalı Fabiodur.
"Fluminense"nin 44 yaşlı qapıçısının hesabında 1073 oyun var.
Sıralamada ikinci-üçüncü sıralarda da qolkiperlər yer alırlar - məşhurlar, ingilitərəli Peter Şilton 1052, braziliyalı Rojerio Seni isə 1023 görüşdə forma geyinib.
Xatırladaq ki, 16 nəfərdən ibarət cədvəldə karyerasını davam etdirən iki futbolçu var - Fabio və Ronaldo.