Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan uzaqlaşdırıldı
Almaniya Futbol Assosiasiyasının (DFB) Nəzarət Komitəsi "Hamburq"un müdafiəçisi Mario Vuşkoviçi müvəqqəti olaraq futboldan kənarlaşdırıb.
mediasport.az xəbər verir ki, antidopinq qaydalarını pozmaqda şübhəli bilinən xorvatiyalı oyunçu ilə bağlı araşdırma başlandığı üçün belə qərar çıxarılıb.
Almaniya Milli Antidopinq Agentliyinin (NADA) 21 yaşlı futbolçudan götürdüyü qan nümunəsində qadağan olunmuş maddə - eritropoetin aşkarlanıb.
DFB-nin İdman məhkəməsi xorvatiyalı futbolçu barədə yekun qərarını gələn həftə açıqlayacaq.
"Hamburq"da bu ilin yayından çıxış edən Mario Almaniya klubuna "Hayduk"dan gəlib.