Gəncə klubu qələbə qazansa da, finala yüksələn "Azərreyl" olub

Gəncə klubu qələbə qazansa da, finala yüksələn "Azərreyl" olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçınin kimliyinə aydınlıq gətirilib.

Mediasport.az xəbər verir ki, "Azərreyl” çempionluq yarışına vəsiqə alıb.

"Dəmiryolçular" yarımfinalın ikinci oyununda "Gəncə"yə 2:3 hesabı ilə məğlub olsalar da, ilk matçda əldə edilən 3:0 hesablı qələbə cütün taleyini müəyyənləşdirib.

Digər finalçı bu gün "Abşeron"la "Murov Az Terminal" arasında baş tutacaq ikinci qarşılaşmada məlum olacaq.

İlk duel “Abşeron”un xeyrinə yekunlaşıb - 3:1.