Azərbaycan Kubokunda püşk atıldı
Kişi və qadın voleybolçulardan arasında Azərbaycan Kubokunun püşkü atılıb.
Mediasport.az xəbər verir, iştirakçılar hərəsində 3 komanda olmaqla A və B qruplarına bölünüblər.
Həm qadınlar, həm də kişilərin yarışında 6 komanda mübarizə aparacaq.
Qadınlar
A qrupu: "Azərreyl, UNEC, "Gəncə"
B qrupu: "Abşeron", "Murov Az Terminal", "Milli Aviasiya Akademiyası".
Kişilər
A qrupu: "Gənclər" (Sumqayıt), "Azərreyl", "Neftçi"
B qrupu: "Xilasedici", MOİK, "Murov Az Terminal"