Gəncə klubundan yeni transfer
“Gəncə” voleybol klubu yetirməsi Fidan Dəmirova ilə müqavilə imzalayıb.
Mediasport.az xəbər verir ki, idmançı məşqlərdə fəallığı və gözəl oyunu ilə məşqçilərin diqqətini cəlb edib.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Gəncə klubunun prezidenti Elvar Osmanov gənc voleybolçunun heyətə cəlb olunmasını yüksək qiymətləndirib, bu istiqamətdə istedadlı yerli voleybolçuların axtarışında olduqlarını bildirib:
"İnanıram ki, Fidan öz oyunu ilə həm azarkeşlərin, həm də gələcəkdə milli komandaların məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq. Baş məşqçimiz Sergey Çasnavitski Şəki və Tovuz rayonlarında da seleksiya məşqlərini izləyib. Hazırda məşqçi ilə bu görüşlərlə bağlı müzakirələr aparırıq. Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və milli komandalar üçün perspektivli idmançılar hazırlamaqdır".