Azərbaycanlı hakim ölkəmizi Çempionlar Liqasında təmsil edəcək

Azərbaycanlı hakim ölkəmizi Çempionlar Liqasında təmsil edəcək

Voleybol hakimi Eldar Zülfüqarov növbəti dəfə beynəlxalq təyinat alıb.

mediasport.az xəbər verir ki, təcrübəli referi Rumıniyada keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsi matçında ölkəmizi təmsil edəcək..

Zülfüqarov kişi voleybolçulardan ibarət "Arkada Qalati" və Bolqarıstanın "Hebar" komandalarının görüşündə iş başında olacaq. Zülfüqarov sloveniyalı baş hakim Blaz Markeljin köməkçisi funksiyasını yerinə yetirəcək. Oyun oktyabrın 12-də keçiriləcək.