İddiaçılar Turniri: Nicat Abasov Hikaru Nakamuraya məğlub olub

İddiaçılar Turniri: Nicat Abasov Hikaru Nakamuraya məğlub olub

Kanadanın Toronto şəhərində şahmat üzrə nüfuzlu İddiaçılar Turniri davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi Nicat Abasov 10-cu tur çərçivəsində ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz bu dəfə görüşü məğlub başa vurub - 0:1.

Tərəflər arasında ilk dueldə "sülh" qeydə alınmışdı.

Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pilləyə düşüb, Nakamura 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Turnirə aprelin 22-də yekun vurulacaq.

8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.