Dünya çempionatı başlandı

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatı start götürüb.
MediaSport.az xəbər verir ki, açılış matçında meydan sahibi Yeni Zelandiya yığması Norveç milliisi ilə üz-üzə gəlib.
Matç Okeaniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Mundial Avstraliya və Yeni Zelandiyanın birgə ev sahibliyi ilə təşkil olunub. Tarixdə 9-cu dəfə keçirilən DÇ-də hərəsində 4 yığma olmaqla, 8 qrupda ümumilikdə 32 komanda mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan kollektivlər pley-off mərhələsinə çıxacaqlar.
Dünya birinciliyinə avqustun 20-də yekun vurulacaq.