Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb
Sayca 9-cu və ilk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirində daha 3 turun partiyaları keçirilib.
Mediasport.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə IV turun ilk gedişini gənclər və idman naziri Fərid Qayıbov edib.
6 turdan sonra üç şahmatçının eyni xalı var. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb.
Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıb. Onların 6 xalı var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin son pillələrindədir.
"Vüqar Həşimov Memorial-2023". 4-cü tur
Arjun Eriqaisi (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0-1
Yorden Van Forest (Niderland) - Rauf Məmmədov (Azərbaycan) 0-1
Riçard Rapport (Macarıstan) - Aydın Süleymanlı (Azərbaycan) 0,5-0,5
Boris Gelfand (İsrail)- Vidit Santoş (Hindistan) 0,5-0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan)- Nicat Abasov (Azərbaycan) 0,5-0,5
5-ci tur
Nicat Abasov (Azərbaycan)-Arjun Eriqaisi (Hindistan) 0-1
Vidit Santoş (Hindistan)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 0-1
Aydın Süleymanlı (Azərbaycan)- Boris Gelfand (İsrail) 0,5-0,5
Rauf Məmmədov (Azərbaycan)-Riçard Rapport (Macarıstan) 0-1
Teymur Rəcəbov (Azərbaycan)- Yorden Van Forest (Niderland) 0-1
6-cı tur
Arjun Eriqaisi (Hindistan)-Yorden Van Forest (Niderland) 0,5-0,5
Riçard Rapport (Macarıstan)-Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5
Boris Gelfand (İsrail) -Rauf Məmmədov (Azərbaycan) 1-0
Şəhriyar Məmmədyarov (Azərbaycan)-Aydın Süleymanlı (Azərbaycan) 0-1
Nicat Abasov (Azərbaycan) - Vidit Santoş (Hindistan) 0,5-0,5