İdmançılarımız Almaniyada Dünya çempionatına vəsiqə qazandılar
Azərbaycanın fiqurlu konkisürənləri Edrienn Karhat və Aleksandr Kolosovski Dünya çempionatına vəsiqə qazanıblar.
mediasport.az xəbər verir ki, buz üstündə rəqs növündə çıxış edən cütlük Almaniyanın Oberstdorf şəhərində keçirilmiş "Bavaria Open 2023" turnirində göstərdikləri nəticələrə əsasən mundiala lisenziya əldə ediblər. Onlar yarışı 145,34 xalla 6-cı pillədə başa vurublar.
Digər təmsilçilərimizdən Samanta Ritter - Daniel Brikalov cütlüyü isə 145,30 xalla 7-ci olub. Buz üstündə rəqs növündə yeniyetmə cütlük Anna Obrien və Stiven Vey ritm rəqsi üzrə ilk çıxışlarını edərək 92,91 xalla 15-ci yerə sahib çıxıblar.
Bundan başqa, turnirdə Azərbaycanı tək konkisürmədə təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva yekun nəticədə 103,82 xal toplayaraq 19 iştirakçı arasında 9-cu yeri tutub.