BRİCS Oyunlarında yarışacaq Azərbaycan cüdoçuları məlumdur

BRİCS Oyunlarında yarışacaq Azərbaycan cüdoçuları məlumdur

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız 14 çəki dərəsində 7 qadın və 7 kişi idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu Oyunlarda Ramilə Əliyeva (48 kq), Nuray Quliyeva (52 kq), Nərgiz Hacıyeva (57 kq), Leyla Hüseynova (63 kq), Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), Hüseyn Allahyarov (60 kq), Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Musa Hüseynli (90 kq), Hüseyn Dadaşov (100 kq) və Camal Feyziyevə (+100 kq) şans verəcək.

BRİCS Oyunlarında cüdo yarışı iyunun 21-22-də baş tutacaq.