Azərbaycanın stolüstü tennisçiləri Gürcüstandakı yarışda fərqləndilər
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan "WTT Youth Contender" turnirində ilk mükafatlarını qazanıblar.
Mediasport.az xəbər verir ki, Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.
16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.
13 yaşadək idmançıların şəxsi mübarizəsində Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.
11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa 29 sentyabrda yekun vurulacaq.