İdmançılarımız Avropa çempionatında finala vəsiqə əldə etdilər

İdmançılarımız Avropa çempionatında finala vəsiqə əldə etdilər

Azərbaycanın fiqurlu konkisürənləri - Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.

mediasport.az xəbər verir ki, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.

Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.

Qitə çempionatına sabah yekun vurulacaq.