Fatimə Zəhra Türkiyədə keçirilən beynəlxalq turnirdə birinci oldu

  Fatimə Zəhra Türkiyədə keçirilən beynəlxalq turnirdə birinci oldu

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Fatimə Zəhra qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amaliye Şulzanı hər iki setdə böyük fərqlə məğlub edib və "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.