3 parataekvondoçumuz Paris olimpiadasına lisenziya qazanıb
3 azərbaycanlı parataekvondoçu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən, yarışa vəsiqəni təmin ediblər. Onlar Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.
Məsələ ilə bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib.
Xatırladaq ki, parataekvondoçuların üçünün də növbəti yarışların nəticəsindən asılı olmayaraq, "altılıq"da yer alacağı rəsmiləşib.