Millimizdən Zambiyada 7 medal
Badminton üzrə Azərbaycan millisi Zambiyada keçirilən beynəlxalq turnirdə iştirak edib.
Mediasport.az xəbər verir ki, paytaxtı Lusakada baş tutan yarışı yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi birinci olublar.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medal qazanıblar. Daha 2 bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha əldə ediblər.