Bakıda sərbəst piramida üzrə Azərbaycan çempionatı keçiriləcək

  Bakıda sərbəst piramida üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda sərbəst piramida üzrə Azərbaycan birinciliyi baş tutacaq.

Mediasport.az xəbər verir ki, "Legend" klubunda keçiriləcək yarış 20, 21, 22 aprel tarixlərində gerçəkləşəcək.

Ölkənin müxtəlif yerlərindən ən yaxşı oyunçular bir araya gələrək, çempion adı uğrunda mübarizə aparacaqlar.

Çempionatın keçirilməsində əsas məqsəd bilyardın geniş auditoriya arasında populyarlaşdırılmasıdır.