İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva göz yaşlarını saxlaya bilmədi - VİDEOMÜSAHİBƏ
Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva "Report"a müsahibə verib.
Mediasport.az xəbər verir ki, 22 yaşlı ikiqat Paralimpiya çempionu uğura necə nail olmasından və bunun üçün nələr etməsindən danışıb.
O, birinci yeri tutduqdan sonra qələbə sevincini türkiyəli idmançı Yusuf Dikeçin əl hərəkəti ilə qeyd etməsinin səbəbini də açıqlayıb.
Paraatlet Azərbaycanın Paris-2024-dəki ümumi nəticələrinə də toxunub.