İki güləşçimiz Rusiyada beynəlxalq turnirdə gümüş medal qazandı

İki güləşçimiz Rusiyada beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıb.

Mediasport.az xəbər verir ki, “Xadartsov qardaşları kuboku” yarışında İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirdə komandamız məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında iştirak edib.

Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.