"Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşacam"
Albaniyada keçirilən güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Jalə Əliyeva (57 kq) Azərbaycana dönüb.
Mediasport.az xəbər verir ki, idmançı Tiranadakı turnirlə bağlı təəssüratlarını bölüşüb:
"Düzdür, bu, mənim ilk uğurum deyil. Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım. Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu".
Jalə həmin qarşılaşmaya çox yaxşı başladığını bildirib:
"Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim. Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşacağam".
Jalə DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.