Azərbaycanlı stolüstü tennisçi Batumidə qızıl medal qazandı

  Azərbaycanlı stolüstü tennisçi Batumidə qızıl medal qazandı

Azərbaycanlı stolüstü tennisçilər Gürcüstanda keçirilən "WTT Youth Contender" turnirində iştirak ediblər.

Mediasport.az xəbər verir ki, Onur Quluzadə 13 yaşadək idmançılar arasında qızıl medal qazanıb.

Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli isə 3-cü olub.

Adil Əhmədzadə - Mərziyyə Nurmətova (hər ikisi 16 yaş) tandemi qarışıq qoşa yarışlarında bürünc medala sahib olub.