İntizam Komitəsi Azərbaycan 2-ci Liqasının üç klubunu cəzalandırdı

İntizam Komitəsi Azərbaycan 2-ci Liqasının üç klubunu cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirlib.

Mediasport.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

30 sentyabr 2024-cü ildə 2-ci Liqanın 5-ci turunun "Qusar" - "Şimal" oyununun matçöncəsi iclasında qonaq komandanın nümayəndəsi iştirak etmədiyinə görə "Şimal" komandası 80 manat cərimə edilir (maddə 73.1);

1 oktyabr 2024-cü ildə 2-ci Liqanın 5-ci turunun "Dinamo" - "Kür-Araz" oyununda "Kür-Araz" komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə "Kür-Araz" komandası 100 manat cərimə edilir (maddə 91); 

1 oktyabr 2024-cü ildə 2-ci Liqanın 5-ci turunun "Dinamo" - "Kür-Araz" oyununda "Kür-Araz" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Kür-Araz" komandası 70 manat cərimə edilir (maddə 37);

2 oktyabr 2024-cü ildə 2-ci Liqanın 5-ci turunun "Göygöl" - "Şəki Siti" oyununda "Göygöl" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Göygöl" komandası 70 manat cərimə edilir (maddə 37);

2 oktyabr 2024-cü ildə 2-ci Liqanın 5-ci turunun "Göygöl" - "Şəki Siti" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Göygöl" komandası 80 manat cərimə edilir (maddə 51.2).