"Otun hündürlüyü çox idi, buna görə istədiyimiz oyunu göstərə bilmirdik"
“Çox vacib olan 3 xal qazandıq. Asan olmayan meydançada qələbə qazandıq. Otun hündürlüyü çox idi. Buna gorə də meydanda istədiklərimizi reallaşdıra bilmirdik”.
mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Kəpəz”ə qalib gəldikləri (2:0) matçdan sonra deyib.
- Top dayanırdı, ləngiyirdi. Bu səbəbdən də sürət aşağı idi. Bu həftə bizim üçün çox ağır oldu. Bir çox oyunçumuz zədələndi. Bəzən məşqdə 14 futbolçu iştirak edirdi. Matçdan öncə Azər Əliyevi də itirdik. Ona görə də sistemi dəyişməli olduq. Bütün buari nəzərə alaraq deyərdim ki, 3 xal bizim üçün yaxşıdır.
"Neftçi" bu mövsüm üçüncü səfər oyununu keçirdi. Bakıdakı matçlarla, bölgələrdə olan qarşılaşmaları necə müqayisə edərdiz?
- Hər zaman pozitiv yanaşmışam. İnsanlar bizim oyuna gəlirlər. Öz komandalarını dəstəkləyirlər və bunu çox yaxşı edirlər. Bəzən yerli azarkeşlərin dəstəyi bizim işimizi çətinləşdirir. Hamı bilir ki, azarkeşlər meydan sahibi komanda üçün 12-ci oyunçu olur. Bəzən bu 12-ci oyunçuya qarşı da mübarizə aparmalı olursan. Çox yaxşı hisslərdi. Çoxlu azarkeşlərin önündə futbol oynamağı xoşlayıram. Ona görə də bu idman növü bütün dünyada çox sevilir.