Ukraynalı futbolçu "Zirə"dən ayrılıb Ermənistan klubuna keçdi - RƏSMİ

Ukraynalı futbolçu "Zirə"dən ayrılıb Ermənistan klubuna keçdi - RƏSMİ

"Zirə" ilə yollarını ayıran Vladislav Kulaçın yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ukraynalı futbolçu Ermənistanda oynayacaq.

O, "Pünik"ə keçib.

31 yaşlı futbolçu İrəvan təmsilçisi ilə 2025-ci il iyunun 30-na qədər müqavilə imzalayıb.