"Qarabağ" və "Xəzər-Lənkəran"da oynamış müdafiəçi "Xankəndi"də

"Qarabağ" və "Xəzər-Lənkəran"da oynamış müdafiəçi "Xankəndi"də

Yeni yaradılmış "Xankəndi" klubu daha bir futbolçu ilə güclənib.

Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisi müdafiəçi Coşqun Qorçiyevi transfer edib.

"Qarabağ"ın yetirməsi olan 28 yaşlı futbolçu 14 yaşından 19 yaşına kimi Ağdam klubunun komandalarında forma geyinib.

O, karyerası ərzində "Astara", "Şahdağ" Qusar, "Difai" və "Xəzər Lənkəran" klublarında da oynayıb.

Qorçiyev Azərbaycanın U-15, U-17 və U-19 yığmalarının şərəfini qoruyub.