"Kəpəz"in təklifinə "yox" deyən məşqçilərin sayı 3-ə çatıb
"Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra Azər Məmmədovla yollarını ayıran "Kəpəz" rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi artıq təmasa keçdiyi 3 məşqçidən "yox" cavabı alıb.
Qərblilər əsasən mövsümün sonuna qədər müqavilə şərti irəli sürürlər ki, bu da mütəxəssisləri razı salmır.
"Kəpəz"i geri çevirən növbəti sima U-21 milli komandamızın baş məşqçisi Samir Əliyevdir. Yaxın keçmişin məşhur futbolçusu azı ilyarımlıq müqavilə şərti irəli sürüb.
Onadək "Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev və "Zirə"nin keçmiş baş məşqçisi Zaur Həşimov da qərblilərlə çalışmaqdan imtina edib.
"Sarı-göylər" Premyer Liqada 12 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar.