Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verildi - FOTO

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verildi - FOTO

Gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Mediasport.az xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Turnir Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində keçirilir.

Çempionatın təşkilində məqsəd yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.