DEBÜTANT: "İnanıram ki, bu, vuracağım qolların başlanğıcıdır”

DEBÜTANT: "İnanıram ki, bu, vuracağım qolların başlanğıcıdır”

"Neftçi"nin yeni transferlərindən Brayan Morenonun debütü uğurlu alınıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 20-ci turunun "Qəbələ" ilə ev görüşünün (3:1) ikinci hissəsində meydana çıxan kolumbiyalı forvard ilk matçdaca qol vurmaqla adını tabloya yazdırıb.

24 yaşlı hücumçu oyundan sonra klubun televiziyasına açıqlama verib, təəssüratlarını bölüşüb:

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Buna rəğmən, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıydıq. Çox şadam ki, bunu bacara bildik. Çox sevinirəm ki, debüt matçımda qol vura bildim. İnanıram ki, bu, vuracağım qolların başlanğıcıdır”.

Qeyd edək ki, "ağ-qaralar"a Bolqarıstanın ÇSKA (Sofiya) klubundan gəlmiş cənubi amerikalı ilə 1,5 illik müqavilə bağlanıb.